BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Sentyabr 19 2020
Son xəbərlər
Ana səhifə / Millətin Səsi

Millətin Səsi

Bağlanmış 4 bankın əmanətçilərinə 531,7 milyon manatdan çox kompensasiya ödənilib

Sentyabrın 18-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 22 min 413 əmanətçiyə 531,7 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Milletinsesi.az Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan sentyabrın 18-dək “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən ləğv prosesində ...

Davamı

Ən təhlükəli və ziyanlı ticarət

“(Ya Peyğəmbər,) de: “Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?”. Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir”. (“Kəhf” 103-104). Dünyamız – ticarət dünyasıdır. Bəziləri bu ticarətdə böyük xeyir əldə edirlər, bəziləri isə ...

Davamı

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Milletinsesi.az xəbər verir ki, dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

Davamı

Mbappe məşqləri bərpa etdi

PSJ-nin futbolçusu Kilian Mbappe məşqləri bərpa edib. Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, koronavirusdan sağalan fransalı hücumçu dünənki məşqdə iştirak edib.Onun Fransa çempionatının 4-cü turunda sabah keçiriləcək “Nitsa” ilə oyunda meydan olub-olmayacağı məlum deyil. Qeyd edək ki, Mbappe koronavirusa yoluxduğu üçün iki həftə karantinə alınmışdı.

Davamı

ABŞ-da zəlzələ baş verdi

ABŞ-da Los-Anceles şəhərinin yaxınlığında zəlzələ baş verib. Milletinsesi.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Məlumata əsasən, 4,6 maqnituda səviyyəsində olan zəlzələ Bakı vaxtı ilə saat 10:38-də qeydə alınıb. Zəlzələnin episentri Los-Anceles şəhərindən 15,4 kilometr şərqdə, mənbəsi isə 17,6 kilometr dərinliyində yerləşir. Yaralanan və ölənlər barədə məlumat ...

Davamı

Magistraturaya plan yerlərinin 85 faizindən çoxu dolub

Bu həftə magistratura səviyyəsinə qəbul olunan bakalavrların əmrləri müvafiq ali təhsil müəssisələrinə göndərilib. Dövlət İmtahan Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, boş qalan yerlərə qəbul və qeydiyyat prosesi bitdikdən sonra ayrılmış 9 753 plan yerindən 8301 (o cümlədən 3078 DS əsasında) yer tutulub. Plan yerləri 85.11% dolub.

Davamı

Sabahın hava proqnozu açıqlandı

Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu ...

Davamı

DİM ixtisas seçimi edən abituriyentlərin sayını açıqlayıb

Həftəsonu ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq. Dövlət İmtahan Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, 19 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ...

Davamı

Şamaxıda arvadını bıçaqlayan şəxs həbs olunub

Sentyabrın 16-da Şamaxı rayonu ərazisində rayon sakini Xanım Teymurovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Şamaxı rayon Prokurorluğundan Milletinsesi.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əri Elton Hüseynovun ailə-məişət münasibətləri zəminində ...

Davamı

Ermənistanda son sutkada 244 nəfər virusa yoluxub

Ermənistanda daha 244 nəfərdə koronavirus aşkarlanıb. Milletinsesi.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 47 154-ə yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 928-ə çatıb. İndiyədək 42 551 nəfər infeksiyadan sağalıb. Hazırda ...

Davamı
mersin escort
İstanbul masaj salonu İzmir masaj salonu
ankara escort bayan ankara escort bayan antalya escort bayan antalya escort bayan antalya escort bayan
mersin escort escort mersin