BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , İyun 17 2019

Daily Archives: May 28, 2019 21:15

Şeytan başımı sığalladı: “Sən mənliksən”

Doğulduğum gündən indiyə kimi insan həyatını xoşbəxt edəcək formul axtardım. Fikirləşdim ki, arzular çin olanda bu baş verəcək. Məgər arzular da sonsuz imiş.. Bir arzu çin olanda digəri yaranır, digəri çin olanda o biri.. Nəfsimizi doydura bilməyən kainatın bədbəxt sakinləriyik.. İstəklərim daş karxanasında yük maşını gözləyən fəhlənin arzusundan, Böyük Azərbaycan ...

Davamı

Gəncəyə sel gəlib

Azərbaycanın qərb bölgəsində bir saatdan çoxdur güclü yağış başlayıb. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə də iki saata yaxındır leysan yağır. Güclü yağışlar nəticəsində şəhərin bəzi ərazilərinin elektrik təchizatında problem yaranıb, daha çox Nizami rayonunda nəqliyyatın hərəkətində çətinliklər meydana gəlib, həyətləri su basıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və ...

Davamı

Azərbaycanlı hakerlər erməni parollarını ələ keçirdi

Mayın 28-də azərbaycanlı hakerlər iki minə yaxın erməni sosial şəbəkə istifadəçisinin hesab parolunu yayıblar. Milletinsesi.az xəbər verir ki, bu məlumatı Ermənistanın kibertəhlükəsizlik üzrə eksperti Samvel Martirosyan öz Feysbuk səhifəsində paylaşıb. O, bəzi hesabların hələlik sındırılmadığını və buna görə də həmin hesabları xilas etməyin mümkün olduğunu deyib. Martirosyan hücumun hansı haker ...

Davamı

Çimərliklərdə yoxlamalara başlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi çimərlik mövsümü ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birlikdə Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda ekoloji vəziyyətin monitorinqinə başlayıb. Bunu Report-a açıqlamasında Nazirliyin şöbə müdiri Mirsalam Qəmbərov deyib. Onun sözlərinə görə, monitorinqlər Bakı-Abşeron ...

Davamı

ATƏT PA Azərbaycan xalqını təbrik edib

ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Sereteli 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib. ONA-nın xəbərinə görə, bu barədə G.Sereteli rəsmi “Twitter” səhifəsində yazıb. “Bu gün Azərbaycan Şərqdə ilk demokratik respublikanın müstəqilliyini elan etməsinin 101-ci ilini qeyd edir. Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edirəm. Müstəqillik gününüz mübarək”, ...

Davamı

Rusiya və Azərbaycan dəniz təlimləri keçirəcək

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti bu il Azərbaycan Dövlət Sərhəd Xidməti ilə birgə dəniz təlimləri keçirəcək. Milletinsesi.az xəbər verir ki, bu barədə Sərhəd Xidmətinin rəis müavini Gennadi Medvedev məlumat verib. Onun sözlərinə görə, 2018-ci ildə Rusiya 9 beynəlxalq təlim keçirib. Bu təlimlərdə gəmilər Azərbaycan, Norveç, Yaponiya, Koreya Respublikasının limanlarına ...

Davamı

Bunları yeməkdən sonra etmək olmaz! 5 SƏHV

Bu səhvləri insanların əksər hissəsi edir. 1. Yeməkdən dərhal sonra çay içmək olmaz. Çayın tərkibində olan bəzi maddələr qidada olan zülalların və xüsusilə dəmirin mənimsənilməsinə mane olur. Bu səbəbdən maddələr yaxşı mənimsənilmir və insan hətta tam normal qidalandıqda onun orqanizmində bu vacib maddələrin defisiti yarana bilər. Bu xüsusilə hamilə qadınlar ...

Davamı

Kavani “Atletiko”ya keçməyə razılıq verdi

Edinson Kavani bu yay PSJ-ni tərk edə bilər. Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, “Atletiko” uruqvaylı hücumçu ilə maraqlanır. 32 yaşlı oyunçu danışıqlar apardığı Madrid təmsilçisinə keçməyə razılıq verib. La Liqa klubunun PSJ ilə bu transferin maliyyə məsələlərini müzakirə edəcəyi gözlənilir. Ancaq Paris təmsilçisinin Kavanini aşağı qiymətə satmağı planlaşdırmadığı ...

Davamı

Xaçmazda piyadanı maşın vurub

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. “VAZ-21015” markalı maşın Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Yusifov Babək Yusif oğlunu vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. (ONA)

Davamı

Meyvə çəyirdəklərinin inanılmaz faydaları – beyini cavanlaşdırır, xərçəngdən qoruyur…

Alimlər ən faydalı meyvə çəyirdəklərinin sıyahısını tərtib ediblər. Saglamolun.az xarici KİV-lərə istinadla bu siyahını təqdim edir. 1. Üzüm çəyirdəkləri ürək-damar sistemini möhkəmləndirir, beyin hüceyrələrini cavanlaşdırır, dərinin vəziyyətinə müsbət təsir edir. 2. Kivi çəyirdəkləri E vitamini ilə zəngindir. Bu vitamin güclü antioksidantdır, orqanizmdə qocalma proseslərini ləngidir, dəri və saçların vəziyyətini yaxşılaşdırır. ...

Davamı