BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , İyun 17 2019

Daily Archives: İyun 6, 2019 17:18

Bakıda keçmiş məhkum 2 kilo narkotiklə tutuldu

Bakı şəhər sakinindən 2 kiloqram 185 qram marixuana götürülüb. Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayevdən 2 kiloqram 185 qram marixuana götürülüb.  

Davamı

Türkiyədə fabrikdə yanğın baş verib, 4 nəfər ölüb

Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda tekstil fabrikində yanğın baş verib. Milletinsesi.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə yerinə gələn xilasedicilər fabrikdə çalışan 4 nəfərin cəsədini tapıblar. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Davamı

Zaqatalada avtomobil ağaca çırpılıb, bir nəfər ölüb

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əliabad-Mosul avtomobil yolunda qeydə alınıb. “Nissan” markalı, 62 BH 899 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində maşında olan sərnişin, Zaqatala rayon sakini, 21 yaşlı Bəxtiyar Hüseyn oğlu Abbasov aldığı ...

Davamı

SOCAR İran neftindən imtina edir – Rəsmi

Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki “Star” neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq. Trend-in məlumatına görə, bu barədə “SOCAR Turkey Energy”nin rəhbəri Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, İranın xam neftindən istifadə edən emal zavodları gələcəkdə ABŞ-ın sanksiyaları ucbatından problemlə üzləşə bilərlər. “SOCAR ...

Davamı

Putin Papa ilə görüşə gedir

“Təsdiq edə bilərəm ki, Papa Fransisk Rusiya prezidenti Vladimir Putini iyulun 4-də qəbul edəcək” – Alessandro Cizotti Roma Papası Fransisk iyulun əvvəlində Rusiya Prezidenti Vladimir Putini Vatikanda qəbul edəcək. Bu barədə “Müqəddəs Taxt”-ın mətbuat sözçüsü Alessandro Cizotti məlumat verib. “Təsdiq edə bilərəm ki, Papa Fransisk Rusiya prezidenti Vladimir Putini iyulun ...

Davamı

DİN Zəhra ilə bağlı rəsmi məlumat yaydı

Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib. Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Zəhranın valideyni Rəsul Bağırzadə uşağın ...

Davamı

Bakıda əhali bu xidmətlərə 1.7 milyard pul xərcləyib

2019-cu ilin yanvar-aprel aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz artaraq 1 milyard 715,5 milyon manat olub. Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 181,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 68,9 faizini təşkil ...

Davamı

Günəş “yatdı”

Müşahidələr sübut edir ki, Günəşdə aktivliyin azalma dövrü başlayıb NASA-nın Günəş üzərində 16 günlük müşahidələri zamanı heç bir ləkə aşkarlanmayıb. Müşahidələr sübut edir ki, günəşdə aktivliyin azalma dövrü başlayıb. Ancaq alimlərin fikrincə, bu “yalançı sakitlik” maqnit dalğalarının ümumiyyətlə olmaması anlamına gəlmir. Maqnit sahəsində ehtimal olunan narahatlıq peyklər, hava nəqliyyatı və ...

Davamı

Rusiyanın “Ölü əli” zəifləyəcək

Avtomatik idarəetmə kompleksinin “Perimetr” (Qərbdə “Dead Hand” – “Ölü əl” kimi tanınır) cavab nüvə zərbəsi ilə tətbiqi zəifləyəcək. RİA Novosti xəbər verir ki, bunu Rusiya strateji raket qoşunlarının sabiq Baş qərargah rəisi Viktor Yesin deyib. Onun sözlərinə görə, sistem əsas vəzifəsini – fövqəladə şəraitdə təcavüzkara cavab nüvə zərbəsinin endirilməsi funksiyasını yerinə ...

Davamı

III Avropa Oyunları bu ölkədə keçiriləcək

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarını keçirməyə yeganə namizəd ölkənin adı açıqlanıb. Report-un verdiyi məlumata görə, Polşa Milli Olimpiya Komitəsi Krakov şəhəri və Malopolsk regionunun birgə ərizəsini təqdim edib. Növbəti Oyunların məkanı iyunun 22-də EOC-un Belarusun paytaxtı Minskdəki Növbədənkənar Baş Assambleyasında açıqlanacaq. Daha əvvəl Rusiyanın Kazan şəhərinin də namizəd olduğu ...

Davamı