BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , İyun 17 2019

Daily Archives: İyun 7, 2019 18:07

İlham Əliyev Kraliçaya məktub göndərdi

Pezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb. Milletinsesi.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. “Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və ...

Davamı

İyunun 17-si qeyri-iş günüdür

15 iyun – Milli Qurtuluş günü şənbə gününə təsadüf etdiyi üçün bazar ertəsi qeyri-iş günüdür. Milletinsesi.az xəbər verir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin qərarına əsasən, bu il Milli Qurtuluş günü şənbə gününə təsadüf etdiyindən, iyunun 17-si qeyri-iş günü olacaq. İyunun 26-sı isə Azərbaycan Silahlı Qüvvələri ...

Davamı

İlham Əliyev forum iştirakçılarına məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda beynəlxalq memarlıq forumunun iştirakçılarına məktub göndərib. Milletinsesi.az məktubun mətnini təqdim edir: “Hörmətli forum iştirakçıları! Sizi ölkəmizin paytaxtında “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda beynəlxalq memarlıq forumunun öz işinə başlaması münasibətilə səmimi təbrik edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Biz ilk ...

Davamı

Dolların iyunun 10-na olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 10-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Milletinsesi.az-a bildirilib ki, bankın iyunun 10-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Davamı

Bu qurumun saytı işləməyəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin BBAK.az veb saytı sabah saat 00:00-dan etibarən texniki işlərlə əlaqədar olaraq iyunun 8-i saat 8:00-a qədər fəaliyyətini dayandıracaq. BBAK-dan Milletinsesi.az-a verilən məlumata görə, sərnişinlər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassaları ilə yanaşı, Nizami 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarından da öncədən bilet əldə edə bilərlər. “Onlayn” ...

Davamı

İmtahandan uğurla keçənlərə sertifikatların verilməsinə başlanılıb

Mayın 5-də dövlət qulluğuna qəbul üzrə test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb. Dövlət İmtahan Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, dövlət qulluğunun A növünə (inzibati rəhbər) aid vəzifələrin tutulması məqsədilə mayın 5-də keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə ...

Davamı

“Mançester Siti”dən 50 milyonluq təklif

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir. Qol.az-ın İtaliya məbuatına istinadən yaydığı məlumata görə, “şəhərlilər” “Yuventus”un 25 yaşlı müdafiəçisi Xuan Kanselunu transfer etməyi planlaşdırır. İngilis klubu portuqaliyalı futbolçu üçün 50 milyon avro təklif edir. Qeyd edək ki, X.Kanselu karyerası ərzində “Benfika”, “Valensiya”, “İnter” kimi klubların da formasını geyinib.

Davamı

91 nəfər dərmandan, 57 nəfər alkoqollu içkidən zəhərlənib

Azərbaycanda yanvar ayından indiyədək 91 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib. Bunu Trend-ə KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar. A.Maqsudov qeyd edib ki, bu il ərzində ...

Davamı

Dünyanın ən bahalı oyuncaqların reytinqi

Oyuncaqlar uşaqların həyatında mühüm rol oynayır. Uşaqların fiziki və zehni inkişaf etdirən oyuncaqları almaq üçün bir çox valideyn böyük məbləğlər sərf etməyə hazırdır.Lakin zəngin valideynlərin öz uşaqlarının oyuncaqlarına nə qədər pul xərclədiyini təsəvvür etmək olduqca çətindir. Dünyanın ən bahalı oyuncaqların reytinqini təqdim edirik: # Oyuncağın adı Qiyməti, mln. ABŞ dolları ...

Davamı

Sumqayıtda evlərdən silsilə oğurluqlar edən şəxs tutulub

Sumqayıt şəhərində evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş İ.Nağıyevin ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. ...

Davamı