Bağlanan bank və ya BOKT-ların kompensasiya ödənişləri “Azərpoçt” tərəfindən veriləcək

Bağlanan banklar və Bank Olmayan Kredit Təşkilatları (BOKT) üzrə problemli kredit sahibləri “Azərpoçt” MMC-nin rəsmi internet səhifəsindən (azerpost.az) “Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat” bölməsindən məlumat əldə edə bilərlər. Bunu ONA-ya “Azərpoçt”dan deyiblər.

Ləğv prossesində olan bank və ya BOKT-ların kompensasiya ödənişləri “Azərpoçt” tərəfindən həyata keçiriləcək.

Vətəndaşlara aidiyyatı üzrə poçt şöbələri və ya banklar tərəfindən SMS göndəriləcək.
SMS-də kompensasiyanı hansı ünvandan əldə etmək mümkün olacağı qeyd ediləcək.

“500-manatadək olan məbləğ nağd şəkildə ödəniləcək, 500 manatdan yuxarı məbləğlərə poçt şöbələri tərəfindən kartlar ayrılacaq”,- deyə “Azərpoçt”dan qeyd ediblər.

 

Share: