Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda baş vermiş heyvan dişləmələrinin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ilin ilk ayı ərzində heyvanlar tərəfindən zədə (cırmaqlama, dişləmə) almış 4909 nəfər müvafiq tibb müəssisələrinə müraciət edib.

Qeyd olunub ki, ötən ilin müvafiq dövründə heyvanlar tərəfindən zədə (cırmaqlama, dişləmə) almış 4682 nəfər tərəfindən müvafiq tibb müəssisələrinə müraciət olunub.
Məlumatda o da bildirilib ki, bu il baş vermiş heyvan dişləmələrinin 90 faizini it dişləmələri təşkil edir.

Share: