Bacısının heyvanlarını oğurlayan qardaş tutuldu

Bacısının heyvanlarını oğurlayan qardaş tutuldu

Şəmkirdə mal-qara oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.

Milletinsesi.az xəbər verir ki, oğurluq edən doğma bacısnın 2 baş iribuynuzlu heyvanına göz dikib.

İsti izlərlə saxlanılan şəxs törətdiyi cinayətə görə özünü qismən təqsirli bilsə də, peşmançılığını da gizlətməyib.

Hadisə aprelin 18-i səhər saatlarında Şəmkirin Könüllü kəndində baş verib. 2 baş heyvanının naməlum şəraitdə oğurlandığını görən kənd sakini polisə şikayətçi olub. Görülən tədbirlər ilk cəhdəcə cinayətin üstünü açmağa yardım edib. Şübhəli şəxs kimi zərərçəkənin qardaşı Dəyanət Qurbanov saxlanılıb. O, dindirilmə zamanı əməlini səmimi etiraf edib və heyvanları yaşadığı ünvana apardığını deyib.

Saxlanılan Dəyanət Qurbanov işin istintaqını aparan baş müstəntiq Mehrab Məmmədova verdiyi ifadə də heyvanları oğurladığını gizlətməyib. Hadisəni səbəbsiz törətmədiyi bildirən qardaş bacısının tövləsindən etdiyi oğurluğun peşmançılığını da çəkdiyini sözlərinə əlavə edib. Quldurluq cinayəti törətdiyi üçün əvvəllər məhkumluq həyatı yaşayan Dəyanər Qurbanovun barəsidnə cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

 

 

Share: