Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı azalıb

Birinci rübdə ölkəyə 2 min 649 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Üç ayda idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 13 milyon 527 min ABŞ dolları olub.

Ötən ilin yanvar-mart aylarında ölkəyə dəyəri 20 milyon 692 min dollarlıq 3 min 480 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunmuşdu.

 

Share: