Uçqunda itən hərbçilərimizin meyitləri tapıldı

Uçqunda itən hərbçilərimizin meyitləri tapıldı

Məlumat verildiyi kimi, mart ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.

FHN-dən Milletinsesi.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Müdafiə Nazirliyi qar uçqununda həlak olan hərbçilərimizlə bağlı məlumat yayıb.

“Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində mart ayının əvvəlində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!” – məlumatda qeyd olunub.

 

 

Share: