Tanınmışlar instaqramda bir paylaşımdan nə qədər qazanır?

İnstaqramda bir paylaşımı 5 min manata edirlər

Məşhur simalar İnstaqram səhifələrində yayımladıqları reklam qarşılığında aldıqları qonorarı açıqlayıblar.


 “ATV maqazin onlarla” tanınmışlara bunla bağlı sual ünvanlayıblar.

Elza Seyidcahan bildirib ki, oradan çox yaxşı qazanc əldə edir.

Sevda Yahyayeva bildirib ki, çəkildiyi reklamlardan və İnstaqram səhifəsindən o da pul qazanır.

Sevil və Sevinc Səfərovalar isə evlərinin xərcini məhz oradakı paylaşımlarla ödədiklərini bildiriblər:

“Bir post paylaşmışıq 5 min manat”.

Tünzalə Ağayeva isə İnstaqramı bazar adlandırıb:

“Bəlli qiymət var. Ona isə hər kəs razılaşa bilməz. Ağır qiymətdir”.

Roza Zərgərli də İnstaqram paylaşımından pul qazanan tanınmışlardandır. O isə məbləği kamera qarşısında açıqlamaqdan qaçıb.

Gülüstan Əliyeva da sosial şəbəkədə reklamı baha qiymətə yayımlayır:

“5 minə də, 2 minə də paylaşımım olub”.

Fatimə Fətəliyeva isə bir paylaşımı 500-1000 manat arası etdiyini açıqlayıb. Fatimə paltara, zinnət əşyalarına pul vermədiyini açıqlayıb:

“15, 17 minlik dəstlər verirlər. Hətta 22 minlik dəst də verirlər ki, taxım. Paltara pul xərcləmirəm”.

Nadir Qafarzadə isə İnstaqramdan qazanılan pulları haram sayıb.

Axşam.az

Share: