Türkiyə XİN-dən ABŞ-a sərt reaksiya

Türkiyə XİN-dən ABŞ-a sərt reaksiya

Türkiyə XİN ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının 2019-cu il hesabatında yer alan ifadələrə sərt reaksiya göstərib.

Milletinsesi.az xəbər verir ki, bu barədə XİN sözçüsü Hami Aksoy danışıb.

“ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyası tərəfindən yayımlanan “2019-cu il Beynəlxalq Dini Azadlıqlar Hesabatı”nın ölkəmizlə bağlı hissəsi nəzərdən keçirilmişdir. FETÖ mənsublarının dini təzyiqlərə məruz qalan sünni müsəlmanlar kimi qələmə verilməsi əvvəlindən etibarən bu hesabatın necə birtərəfli, həqiqətdən uzaq olduğunu və hansı şər mənbələrinin təsiri ilə qələmə alındığını açıq şəkildə ortaya qoyur. Terror qruplaşması olması onlarla məhkəmə tərəfindən təsdiq edilmiş FETÖ-nun “türk hökuməti tərəfindən hökuməti devirməkdə ittiham olunan Gülən və müridləri” kimi göstərilməsi terrora bilərəkdən göz yummaq anlamına gəlir”, – XİN sözçüsü bildirib.

Aksoy həmçinin ötən il bildiriş yayımlayaraq, Türkiyədə dini inanclarına heç bir təzyiq göstərilmədiyini vurğulayan dini qrupların sözügedən bəyanatının Türkiyə hökuməti tərəfindən koordinasiya edilməsi ilə bağlı hesabatda yer alan fikirlərin hesabatın siyasi motivlərlə yazıldığını sübut etdiyini qeyd edib.

Share: