Bakıda quraşdırılan yeni liftlərin qiyməti açıqlanıb

Bakıda quraşdırılan yeni liftlərin qiyməti açıqlanıb

İlin sonunadək Bakıda 541 liftin quraşdırılması planlaşdırılır.

Report-un xəbərinə görə, bunu Bakı Lifttəmir İstehsalat Birliyinin sədri Xalid Ələkbərov deyib.

O qeyd edib ki, növbəti mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılacaq:

“Məqsəd istifadəyə yararsız liftlərin yeniləri ilə əvəzlənməsidir”.

X.Ələkbərov bir liftin qiymətinin 12 800 ABŞ dolları olduğunu deyib.

Share: