Ölkəyə qanunsuz telefon gətirmək istədi, tutuldu

Ölkəyə qanunsuz telefon gətirmək istədi, tutuldu

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Komitədən Milletinsesi.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin salonunda arxa oturacağın içərisində xüsusi düzəldilmiş saxlanc yerindən üzərində “Samsung Galaxy A50” sözləri yazılmış 4 ədəd mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Share: