Bakıya niyə “Qəhrəman şəhər”, “Hərb şöhrətli şəhər” adı verilmədi?

Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov 9 May Qələbə gününə həsr olunmuş və Azərbaycan xalqının xüsusi xidmətlərinin saxtalaşdırılması və Bakıya fəxri adın verilməməsi səbəbinə dair fikirlərini oxucularımıza təqdim edirik

“Ruslarda türkəfobiya çox yüksək həddədir, səbəb də odur ki, türklər rusların həm genetik tərkibinin eyni zamanda da, onların bir xalq kimi formalaşmasında mühüm rol oynamışdır. Türklərdən dövlətçilik, imperiya hislərinə yiyələnmiş ruslar türklərin onlardan daha qədim tarixə malik olması, mədəni, elmi, ən başlıcası mükəmməl şanlı hərb tarixinə malik qəhrəman xalq olması fonunda ruslarda kompleks yaratmış və bu kompleks rus şovinizmin tərkib hissəsinə çevrilmişdir. Məhz ona görə də ruslar daha doğrusu slavyanlar xristianlığı qəbul edəndən sonra yunanların təsiri ilə türk dövlət idarə sistemindən və titullarından imtina etməklə türklərlə bağlı hər bir faktı, türk təsirini gizlətməyə, tarixi dəyişməyə cəhd etmişlər. Min ildən çox tarixə malik rusların türkəfoiya proqressiv şəkildə davam etmişdir. (Türk Yunan qarşı durması nəticəsində yunan imperiya və dövlətlərinin süquta yetməsi yunan xalqında türklərə qarşı tarixi qisas hissi yaşadır)

İkinci dünya müharibəsində 15 müttəfiq respublikalardan biri olduğumuz SSRİ-nın faşizm üzərindəki qələbənin ruslar tərəfindən özəlləşdirilməsi, türk xalqlarının fədakarlığı və qəhrəmanlığının arxa plana keçirilməsi, həmin dövrün tarixi faktlarının dəyişdirilməsi rus türkəfobiyasının davamı idi.

SSRİ tərkibində İkinci dünya müharibəsinə qoşulan Azərbaycan SSR faşizmə qarşı vuruşmağa 681000 əsgərini göndərdi, onlardan 350 mini yəni yarısından çoxu canlarını faşizmlə mübarizədə qurban verdilər. Azərbaycan SSR əhalisinin sayı həmin dövrdə 3,4 milyon nəfərə yaxın idi, bu nisbətdə Azərbaycan əhalisinin 20% müharibənin bir başa iştirakçısı olmuşdur, 121 nəfər Sovet ittifaqı qəhrəmanı, 34 nəfər isə “Şərəf” ordeninin hər üç kateqoriyasına layiq görülmüşdü. 400-dən çox azərbaycanlı SSRi-nin müxtəlif orden və medallarına layiq görülmüşdü.

Arxa cəbhə də Azərbaycan əhalinin qalan hissəsi isə faşizmin məğlub edilməsin əvəzsiz və bərabəri olmayan Bakı neftinin sovet ordusunu 85% neft məsulları və yanacaqla, ərzaqla təmin etmiş eləcədə sovet ordusunun hospital funksiyasını yerinə yetirən bütün Azərbaycan əhalisinin zəhməti, fədakarlığı və qəhrəmanlığı lazımınca qiymətləndirilməməsinin yenə də bir səbəbi var, türkəfobiya! Bakı neftinin Hitler üçün nə qədər vacib olması haqda 1945-ci ildə Alman Hərb sənayesi naziri Şpeer ifadəsində SSRi-yə faşist Almaniyasının hücum səbəbini Almaniyanın neft ehtiyacını ödəmək istəyindən olduğunu bildirmişdi. Hitler SSRİ-yə hücumdan əvvəl demişdi ki, “Biz nə qədər tez Bakı neftini ələ keçirsək o qədər tez sovet təyyarə və tankların eləcədə dəmir oyuncaqların hərəkətini dayandırarıq”. “Felmi” planına əsasən almanlar Bakını 25 sentyabr 1942-ci il tarixdə tutmalı idi. Bu məqsədlə də 1942-ci ildə Berlində Bakını xatırladan çəkiliş meydanında Bakının alman ordusu tərəfindən tutulması barədə filmin çəkilişinə başlanılmışdı. Həmin filmin ssenarisində Bakı neft tortu Hitlerə təqdim edilir və Hitler tərəfdən tort kəsilir.

Bakı neftinin faşizm üzərində qələbə üçün nə qədər əhəmiyyətli olması mübahisə predmeti deyil təkcə 1941-ci ildə Azərbaycan neftçiləri 23.5 milyon ton yəni SSRİ neftinin 90%-ni istehsal etmişdi, 1942-ci ildə Azərbaycan neftçiləri isə plan üzrə aviabenzin 134%, dizel yanacaq 139.6%, kerosin 102%, avia sürtmə yağ 106%, gəmi yanacağı 162% yerinə yetirib. Xüsusi ilə qeyd edim ki, Azərbaycan neftçiləri SSRİ üzrə çıxarılan və istehsal olunan neftin 70 %-ni, müharibə aparan sovet ordusunun sürtmə və yancağının 85%-ni təmin edirdi. Soyuq sovet iqlim şəraitində Moskvanın 15 kilometrliliyinə qədər gəlmiş alman ordusunun durmasının əsas səbəblərindən biridə hərbi texnikada yanacağın donma səbəbi idi. 1943-cü ildə Azərbaycan neftçiləri və alimləri soyuğa davamlı yanacaq kəşf edərək onun istehsalına başlayaraq Sovet ordusunu daha qabaqcıl yanacaqla təmin etmişlər.

Rusiya Elmlər Akademiyası Tarix Institutunun professoru Mixail Yuriyeviç Muxin “Qələbənin yanacağı: Azərbaycan Böyük Vətən müharibəsində (1941-1945)” adlı kitabında Azərbaycan neftini qələbənin əsası kimi qələbənin yanacağı adlandırır. Bəzi tarixçilər Bakı neftini hətta “qələbənin qanı”, “müharibənin qanı” adlandırırlar.

Azərbaycan əsgərlərinin qəhrəmanlığı, fədakarlığı, eləcədə ikinci dünya müharibəsində Sovet ittifaqının qələbəsini təmin etmiş Azərbaycan Bakı neftçilərinin ölçüyə gəlməz zəhməti, Azərbaycan əhalisinin arxa cəbhədəki rolu, hər şey ordu və vətən üçün çalışmaları layiqincə qiymətləndirilmədi. SSRİ-nin müharibədə qələbəsini təmin edən Bakıdan xeyli dərəcədə az xidmətləri olmuş şəhərlərə “Qəhrəman şəhər”, “Hərb şöhrətli şəhər” adları verildi. Belə fəxri adın Bakıya verilməməsi Bakının ikinci dünya müharibəsində xidmətlərini gizlətmək, başqaların yanında bizi alçaltmaq idi. Baxmayaraq ki, faşizmi üzərində qələbəmizdən 70 ildən çox vaxt keçsə də Moskva tərəfindən bəzi şəhərlərə 1941-1945-ci il Böyük Vətən müharibəsində qələbəyə görə müəyyən xidmətləri olmuş şəhərlərə müxtəlif fəxri adlar verilir. Ölçüyə gəlməz dərəcədə xidməti olmuş və qələbənin yanacağı adlanan Bakıya heç bir fəxri ad verilməyib. Sözsüz ki, bu türkəfobiyanın sübutudur.

1945-ci il 21 aprel ayından faşizmin paytaxtı Berlinin böyük bir hissəsi Berlinə ilk girənlərdən biri olan Taqanroq Azərbaycan diviziyasını nəzarətində idi. Bundestaq, Brandenburq və onun ətrafında gedən döyüşlərdə alanların müqaviməti may ayının 2-də qıran Azərbaycan Taqanroq diviziyasının döyüşçüləri leytenant Məcidovun rəhbərliyi ilə əsgərlər Məmmədov, Əhmədzadə, Brejnoy və Andreyev Reyxstaq üzərinə qələbə bayrağı taxmışdı. Bu haqda məlumatlanan marşal Jukov Reyxstağa qələbə bayrağını rus əsgəri sancmalıda deyərək hiddətini gizlədə bilmir və bunun üçün lazımi tapşırıq və əmrini verir. Dərhal hadisə yerinə dərhal hərbi fotoqraf Yevqeni Xaldeyin gətirilir. Milliyyətcə rus zabiti Reyxstağa qələbə bayrağını sancan Taqanroq diviziyasının azərbaycanlı əsgərlərini çağıraraq onların göz qarşısında əsgər Məmmədovu güllələyir, digər əsgərləri hədələyərək ömürlük susmağı əmr edir. Bundan sonra qəzəblənən azərbaycanlı əsgər qumbara ilə həmin zabiti öldürür. Azərbaycanlı əsgər həbs olunaraq Sibirə sürgün edilir.

Marşal Yukovun tapşırıqları dərhal yerinə yetirilir və səhnələşdirilmiş səkildə milliyyətcə rus Aleksey Kovalyov qırmızı SSRİ bayrağını Reyxstaq üzərinə sancır və bu səhnəni hərbi fotoqraf Yevqeni Xaldeyin lentə köçürür və məhz bu foto dünya ictimaiyyətinə yayımlanır. Beləliklə də rusların növbəti yalanı ayaq tutub yeriyir. Ruslar Böyük Vətən müharibəsindəki qələbəni rusların qələbəsi, rus əsgərinin qəhrəmanlığı kimi təqdim etməklə SSRİ xalqlarının faşizm üzərində qələbəni mənimsəyiblər.

SSRİ-nin, eləcədə SSRİ-nin varisi özünü elan etmiş Rusiya ikinci dünya müharibəsində (Böyük Vətən müharibəsi) Azərbaycan xalqının xüsusi xidmətləri gizlədilərək saxtalaşdırılması bir xalq kimi bizi qəhrəmanlıq nümunələrin məhrum etməklə bizim qəhrəman, fədakar xalq kimi özümüzə inamımızı azaltmaq, hərb xalqı olduğumuzu unutdurmaqdır. Bu istək isə əsrlərlə onlarda türkəfobiyaya çevrilmiş türk qorxusunun nəticələridir

Share: