BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Avqust 15 2020
Son xəbərlər
Ana səhifə / Köşə yazarları / Heç olmasa Mübarizə toxunmayaq

Heç olmasa Mübarizə toxunmayaq


Xalqımızı Novruz bayramı münasibətilə ilə təbrik edirəm. Hər birinizə can sağlamlığı arzulayıram. Əvvələr hər kəsin özünə görə müxtəlif arzuları var idi. Amma indi hamının bir arzusu var; bəşəriyyətin koronavirusundan tezliklə canını qurtarması və əvvəlki həyat şəraitinə qayıtması.

Həyat bir göz qırpımı qədər qısadır. Bəlkə, bu virus qorxusu dünya malına görə vicdanını, şərəfini ortaya qoyanlara bir dərs olar. Suriyaya, Qarabağa və başqa müsəlman ölkələrinə neft üçün bombalar yağdıran supergüclər gözlə görünməyən mikroba görə milyardlar itirdi və bu günbəgün davam edir. Xalqın, millətin varını talayanlar hər gün milyonlarla zərər edir. Bəlkə də düşünürlər ki, gözəgörünməz bəladan itirdiklərimizi kaş ki, millətimizə xərcləyəydik. Amma vicdanları varsa.. Ona görə, Əziz dostlar, hər məsələdə gəlin bölünməyək. Həmişə şəxsi maraqlara görə parçalanmayaq, ədalətə görə birləşək.

Ən yeni tarixə baxaq;

Türkiyədə Rza Zərrab var idi; necə oldu? Sahib durmadıq, yıxdıq. “Yox oldu”.

Qənimət Zahid var idi. Dolandırmaqdıq; hardadı? Sahib durmadıq, xaricdən bizə qarşı istifadə edirlər.

Mehman Hüseynov var idi. Hardadı? Məmur özbaşınalığını yazırdı; Gənc ikən “öldürdük”

Fuad Abbasov var idi. Xaricdə Azərbaycan və Türkiyə maraqlarını qoruyurdu. Hardadı? Ordan qovduq, yanımıza gətirdik. Əhmədlidə Azərbaycanlılar arasındakı “davada” rupora çevrilib.

Aslan İsmayılov var idi. Ramil Səfərovun ermənilərlə məhkəməsində Azərbaycanlını təmənnasız müdafiə edirdi; hardadı? Vəkilliyini əlindən alıb, bir-birimizə qarşı istifadə edirik..

Bu siyahını daha çox uzatmaq olar. Amma gəlin, Mübarizi bu siyahıya əlavə etməyək, heç olmasa ona toxunmayaq. Gəlin,  Mübarizlərimizi Nərminlərimizlə təhqir edib, Aslanlar və Fətullalarımızla hədəf aldırmayaq..

Dünən “Azərbaycanlı Almaniyada xəstəxanadan spit oğurladı” yazısını oxuyanda çox sarsıldım. Çünki o da bizimdi və bizik..Azərbaycanlı..

Mübariz Mənsimov qardaş ölkəmizdə ağır ittihamlara məruz qalıb. Bayram günü həbsdədir. O da bizik. Azərbaycanlı..

Onu ittiham edənlərin siyahısında yenə bizlərin adı çəkilir. Rövnəq Abdullayev , Vahid Ələkbərov . Onlar da bizik. Azərbaycanlı..

Bəs deyilmi? Heç olmasa başınızın üstündə parçalanmış, xoşagəlməz  hala gətirilmiş xəritəmizə baxın. Bəlkə, ondan utanaq.. Nə qədər didişəçəyik? Qurbanlarla, Elşadlarla,Hadılarla, Orduxanlarla, Eldarlarlarla.. və s. İçərisində bir erməni və ya əcnəbi adı yoxdur. Hələ mandat üstündəki “qırğınları” demirəm. Bu enerjini ermənilərə xərcləsəydik, Qarabağı çoxdan almışdıq..

Amerika bir zərrəçiyin qarşısını almaq üçün bir trilyon dollar, Azərbaycan bir milyard manat ayırdı. Ziyanları və insan tələfatını demirəm.. Bəlkə ayılaq!! Əcəl bizi qovur. Hər saniyə yaxalaya bilər. Dəyərmi? Qarın üstə, maraq üstə bir-birimizi didişdirməyə..Düzəlirikmi? Xeyr..

Bir neçə gün bundan əvvəl Mübariz Mənsimovun həbsindən sonra yenə haçalanmışıq. Heç olmasa bircə dəfə bir olaq! Həqiqətin, ədalətin zəfər çalması üçün.. Millətimizin dəyərləri naminə.. Bir olan Allahımız üçün, Azərbaycanımız üçün..

Kim Mübarizədən nə qədər  alacaq, kim Rövnəqə nə qədər “girəcək”, Vahid Ələkbərova yaxınlaşacaq vecimə deyil. Burda kim qazanacaq və ya uduzacaq? O da vecimə deyil. Çünki Azərbaycan uduzur. Yenə də Azərbaycanlı uduzur?

Dövlətimizin qalib olmağı üçün, vətəndaşımızın dəyərli olmağı üçün, itirdiklərimizi qazanmaq üçün, həqiqətin bərqərar olması üçün xalqımıza Allahdan birlik, bu birliyi pozmağa çalışan xəstələrin sağalması üçün şəfa diləyirəm!
Hər birinizin Novruz Bayramı mübarək olsun!!

Talıb Əhədov

mersin escort
İstanbul masaj salonu İzmir masaj salonu
ankara escort bayan ankara escort bayan antalya escort bayan antalya escort bayan antalya escort bayan
mersin escort escort mersin Denizli escort Ankara escort Maraş escort Balıkesir escort Samsun escort Antalya escort Sakarya escort Van escort Tekirdağ escort Konya escort Elazığ escort