Arsen Vengerə sürpriz təklif

“Arsenal”dan ayrıldıqdan sonra işsiz olan Arsen Venger daha bir təklif alıb.
İngiltərənin “Fülhem” klubu komandanı yayda fransız mütəxəssisə tapşırmaq istəyir.
Bu Premyer Liqa klubunun Vengerə ikinci təklifidi. Belə ki, ötən ilin noyabr ayında Klaudio Rayneri ilə yollarını ayıran klub rəhbərliyi fransalı mütəxəssisə təklif göndərsə də, rədd cavabı almışdı. Bundan sonra “Fülhem” Skott Parkerlə anlaşmışdı. “Mirror”un xəbərinə görə, klub rəhbərliyi mövsümün sonunda Parkerlə də yolları ayırıb, Vengerlə danışıqlar masasına əyləşmək niyyətindədi.
Fanat.Az
Share: