Macarıstanda 180 yaşı olan meşə qırılıb

Macarıstan dövlətinə məxsus “Egererdő Ltd” meşə təsərrüfatı holdinqi ölkədəki ən qocaman – 180 yaşlı meşədəki ağacları qırıb. Bununla əlaqədar, ilk növbədə WWF-Macarıstan qeyri-hökumət təşkilatı həyəcan siqnalı verib. Bu haqda məlumat index.ru saytında dərc edilib.

Bu hadisə necə olub? Axı meşə Byuk adlı təbii qoruqda yerləşirdi. Meşə təsərrüfatının rəhbərlərinin sözlərinə görə, ağacların qırılması üçün əsaslı səbəblər olub. Hökumət bu məsələnin araşdırılacağını və təhqiqatın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyini vəd edib.

AZƏRTAC xəbər verir ki, 1961-ci ildə yaradılmış WWF-Macarıstan beynəlxalq qeyri-hökumət təşkilatı vəhşi təbiətin qorunması və insanın ətraf mühitə təsirinin azaldılması sahəsində çalışır. Fondun baş təşkilatı dünyada ən iri təbiəti mühafizə qurumudur. Fondun 5 milyondan çox tərəfdarı dünyanın 100-dən çox ölkəsində işləyir və təbiəti mühafizə sahəsində təqribən 1300 layihənin həyata keçirilməsini təmin edir.

Share: