Dövlət “COVİD-19”-a yoluxmuş xəstənin müalicəsi üçün nə qədər xərcləyir

İlkin hesablamalara görə, 1 xəstəyə təqribən 80-150 manat xərc çəkilir. Amma bu, yalnız mart ayı üçün nəzərdə tutulan büdcədir.

Milletinsesi.az  xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqdə deyib.

Z.Əliyev qeyd edib ki, bu xərcə xəstəyə lazım olan geyim, qida, tibb ləvazimatları və həkimlərin ödənişi daxildir.

Share: