BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Avqust 15 2020
Son xəbərlər
Ana səhifə / Köşə yazarları / Bizə “yad” olan… bizim qələbə

Bizə “yad” olan… bizim qələbə


Doqquz may haqqında doqquz min işarıli düşüncələrim

“9 mayı qələbə bayramı hesab edək, ya etməyək?” deyə yeni bir mübahisə var. Hər halda sosial şəbəkələrdə gedir. Bu mübahisəyə qoşulmamağa çalışacam (Səbəbini, təbii ki, bir az sonra yazacam). Ancaq buna dair fikirlərimi də bölüşmək istəyirəm.

***

Doğrusu, İkinci Dünya Müharibəsindən mən də bir mənada nəsibimi ağır şəkildə almışam. Hələ 1939-cu ildə SSRİ ilə Finlandiya arasında müharibə başlayanda mənim Mürşüd əmim hərbi xidmətdə olub. Və həmin müharibəyə göndərilib. 1940-cı ildə Sovet-Fin müharibəsi başa çatıb. Ancaq başqa əsgərlər kimi əmimi də ordudan evə buraxmayıblar, çünki başqa bir savaşın – Sovet-Alman müharibəsinin ayaq səsləri artıq yaxından eşidilirdi. Bu arada onu da deyim; heç bilirsinizmi, həmin o Sovet-Fin müharibəsi zamanı nə qədər insan Kareliya bataqlıqlarında boğularaq -bəzən heç döyüşə girməyə macal tapmadan- can verib! Kareliya yarımadasındakı bataqlıqları Allah heç kimə göstərməsin. Elə, Belorusiyada və Ukraynada da bataqlıq az deyildi. Ancaq mənim Mürşüd əmim sözün hər iki mənasında həmin Sovet-Fin bataqlığından sağ çıxa bilmiş, sonrakı Sovet-Alman müharibəsində də döyüşmüşdü. Onun son məktubu 1944-cü ildə Estoniyadan gəlib. Bununla bağlı mən 1988-ci ildə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahına məktub yazmış, Baş Qərargahın Arxivindən cavab almışdım. Əmimin döyüş yolu bu gün bayram edilən qələbəyə bir neçə ay qalmış bitmişdi.

SSRİ Böyük Vətən Müharibəsi veteranları SSRİ Böyük Vətən Müharibəsi veteranları

***

…1941-ci ildə atamın 11 yaşı olub. Böyüklərim mənə danışırdı ki, əmim hərbi xidmətdən qayıda bilmədiyinə və müharibələrdə olduğuna görə fikirdən-dərddən babamın və nənəmin səhhəti pozulub, əlləri işdən qalıb. Bir müddət sonra isə bir-birinin ardınca hər ikisi dünyadan köçüb. Mürşüd əmim hərbi xidmətə gedəndə ailəli olub; bir qızı da varmış. Onun yoxluğunda uşaq da dünyasını dəyişib. Atam yaxşı oxusa da, məktəbi yarımçıq buraxaraq təsərrüfatda, əkin-biçində işləyib, özündən kiçik olan bir qardaşını və iki bacısını saxlayıb böyüdüb. Mənim yaxşı yadımdadır ki, atamın bacısı uşaqları ona “dayı” yox, “dədə” deyirdilər. Uşaq yaşlarından başlayaraq ailəyə, nəslə dədəlik edib. Mən bunları belə uzun-uzadı yazaraq o dəhşətli müharibədə öz ailəmizin, nəslimizin timsalında yüzminlərlə ailənin yaşadığı faciələri, ağrıları bir daha xatırlatmaq istədim.

***

Hə, o zaman Qaryagin adlanan indiki Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndindən olan Mürşüd adlı cavan oğlanın Kareliya yarımadasının bataqlıqlarında nə işi vardı?! Adını tarix və coğrafiya kitablarından oxuduğu fin xalqı ilə nə düşmənçiliyi ola bilərdi?! Eləcə də, almanlarla və eston faşist legionerləri ilə nə alıb-verəcəyi olmuşdu?! Bu sualların tək bir səbəbi vardı: Mürşüd əmim SSRİ adlanan dövlətin vətəndaşı və Sovet Ordusunun əsgəri idi. Mürşüd əmim bu dövlətin vətəndaşları olan insanların ailəsində doğulub böyümüşdü, O, Azərbaycanı Vətən kimi yalnız hansısa şeirlərdə, əgər vardısa, mahnılarda eşidə bilərdi. Eləcə də, ondan sonrakı nəsillər. Mənim Mürşüd əmim və atam dünyaya gələnə qədər, yəni 20-30-cu illərdə ağır Stalin repressiyası yaşanmış, ölkə xaric səslərə tamamilə qapanmış, insanların beynini yumaq üçün gecə-gündüz təbliğat maşını işləmişdi. Bir yandan da hər an “xalq düşməni” damğası yapışdırılaraq bir fərdinə görə bir nəslin ən yaxşı halda Sibirə və Uzaq Şərqə sürgünü qorxusu yaranmışdı. Stalindən sonra da bu, formasını dəyişərək mahiyyətini davam etdirmişdi. 60-cı illərdə bir qədər nisbi yumşalma hiss olunsa da, mənim uşaqlıq və yeniyetməlik dövrümün düşdüyü 70-ci illərdə sərtləşmənin yeni, bir qədər başqa formada, ancaq yenə dözülməz dalğası gəlmişdi.

***

Bu gün elmdə, siyasətdə, mədəniyyətdə, cəmiyyətin hansı sahəsini götürürsünüz-götürün, hər sferada hələ də Sovet dövründə doğulub böyümüş, Sovet İttifaqı adlı keçmiş superdövlətin keçmiş vətəndaşları sayca və əksər hallarda statusca üstünlükdədirlər. Sovet dönəminin sonlarında və yaxud müstəqillik illərində dünyaya gəlmiş nəsilləri də ailələrdə, məktəblərdə – hər yerdə keçmiş Sovet İttifaqının keçmiş vətəndaşları tərbiyə etmişlər. Bəli, Sovet dövründə doğulub böyüyənlərin içində milli təfəkkürlü, ayıq baxışlı, müasir düşüncəli insanlar yetişmişdilər (ədəbiyyatın, mədəniyyətin, elmin, publisistikanın “partizan”ları, fikir dissidentləri hesabına). Və bu insanlar 1988-1991-ci illərin Milli Azadlıq Hərəkatı zamanı sözün bütün anlamlarında Meydana çıxdılar, müstəqil dövlətin və milli hakimiyyətin qurulmasına nail oldular. Ancaq bu hakimiyyət də Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) taleyini müəyyən mənada yaşadı; müxtəlif daxili və xarici amillərin təsiri altında süqut etdi (Hər dövrün öz Əliheydər Qarayevləri var). Belə bir dönəmdə, belə bir ovqatda bu gün də cəmiyyətimizdə daha bir mübahisə mövzusu var: 9 may qələbə günüdür, ya deyil?

***

Bəli, 9 may faşizm üzərində qələbə günüdür. Baxın, biz 1994-cü ildə erməni neofaşizminə son döyüşləri və torpaqları uduzmuşuq. Və bu müharibənin arxasındakı rejissor dövlət adını “atəşkəs” qoyduğu sazişi (hərbi məğlubiyyətimizi rəsmiləşdirmiş sənədi) 1994-cü il mayın 12-də bizə imzaladıb. “Bəlkə biz Ermənistan militarizminin timsalında (bəli, onun timsalında) bizə qarşı vuruşan faşizmlə döyüşləri uduzduğumuz üçündür ki, 1945-ci ilin mayında alman faşizmi üzərində qələbədən özümüzə təsəlli biçirik?! deyəsəksiniz. Və də bəlkə bügünkü Vətənin bugünkü Müharibəsində bugünkü məğlubiyyətin acısını unut(dur)maq üçündür ki, keçmiş Vətənin keçmiş müharibəsindəki keçmiş qələbəyə sığınmaq istəyirik?! 1994-cü ilin 12 mayının utansından qaçıb 1945-ci il 9 mayının kölgəsində daldalanırıq bəlkə?! Ola bilməzmi? Ola bilər. Və bu gün artıq “Böyük Vətən Müharibəsi” , dolayısı ilə “böyük vətən” anlayışının yenidən, həm də rəsmən – Milli Məclis səviyyəsində dövriyyəyə qaytarılması da, ola bilsin,, həm də bununla bağlıdır. Milli Məclis “Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibətilə” medal təsis edib. Bu da cəmiyyətimizdə mübahisələrə, hətta narahatlıqlara səbəb olub. Başqa nüanslar olmasa, bəlkə də mən: “Axı biz niyə özümüzə yeni mübahisə mövzuları yaradaraq, xüsusilə indiki çətin günlərdə vacib olan birliyimizə zərər vururuq?!” deyərdim. Ancaq…

***

Bəli, 9 may faşizm üzərində qələbədir. Əgər biz erməni neofaşizmi üzərində qələbə qazansaydıq, bu, həm də başqalarının – hətta Ermənistan-Azərbaycan hərbi əməliyyatlar teatrı coğrafiyasından çox uzaqda olan xalqların və ölkələrin də qələbəsi olardı. Çünki bu gün bizim bölgədə qələbə qazanan erməni neofaşizmi sabah başqa bir bölgədəki neofaşistlər üçün ilham qaynağı ola bilər və olur da.  Əgər “Sovet Sosialist Respublikaları İttifaqı” (SSRİ) adlanan dövlət öz müttəfiqləri ilə birlikdə alman faşizmiü üzərində qələbə qazanıbsa, biz hətta SSRİ-nin tərkibində olmasaydıq da, bunu öz qələbəmiz saya bilərdik. Amma biz SSRİ-nin tərkibində olmuşuq, yəni hədəfdə idik; demək, Sovet dövləti faşizmə məğlub olsaydı, bundan çox ağır şəkildə biz də nəsibimizi alardıq. Bundan başqa faşizm üzərində qələbədə Bakı nefti həlledici rol oynayıb. Nəhayət, həm də biz bunu daha çox ona görə qələbəmiz saymaqda haqlıyıq ki, ata-babalarımız, əmi-dayılarımız bu müharibədə əlində silahla vuruşub, Böyük Vətən saydığı Sovet İittifaqını və Doğma Vətəni Azərbaycanı qoruyub. Yüzminlərlə canımızı itirmişik o savaşlarda. Buna görə biz bunu özümüzə dördqat qələbə saya bilirik. Ancaq indi insanları – müstəqil Azərbaycan vətəndaşını bu “Böyük Vətən” ifadəsi qıcıqlandırırsa, bunun da kökü, səbəbi var.

Qarabağ

***

1918-1920-ci illərdə necə ki Lenin Rusiya dövlətinin (İmperiyasının) hissələrə parçalanmasını faicə sayıb hissələri yenidən – başqa adla, başqa formada birləşdirmişdisə, bu zaman qanımızı töküb, müstəqilliyimizi əlimizdən qoparıb almışdısa, bu gün də Rusiyanın başında duran şəxs eyni şəkildə SSRİ-nin dağılmasını “şəxsi faciə” adlandırıb. İnsanlarımız bu üzdən əndişələnməyə başlayıb. Və “Böyük Vətən” kimi siyasi anlayışı Milli Məclis hüquqi sənədə yazanda dərhal yaddaşlarda ağrılar-qorxular təzələnir; “yoxsa yenə də?!” deyə. Çünki şüurlara və ya şüuraltına “böyük vətən” anlayışı yeridilirsə və ya yaddaşlarda təzələnirsə, Azərbaycan sanki kiçik vətən anlayışı ilə assosiasiyalanır. Bir anlamda şüurda kiçildilmiş proyeksiya olunur və tək bu da deyil; 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Rusiyanın böyük zirehli ordusu və daxili reneqatların təslimçi-basqıçı siyasəti ilə süqut etdirilənə qədər SSRİ əvvəlcə beyinlərdə yaradılmamışdımı?! Azərbaycan 1918-ci ildə müstəqillik qazandı. Ancaq SSRİ nə zaman yaranıb?! 1922-ci il dekabrın 22-də. Deməli, SSRİ illərlə əvvəlcə beyinlərdə qurulmuşdu. İndi də Rusiyanın ən üst səviyyəsindən: “SSRİ-nin bərpası qaçılmazdır” ifadəsi səslənirsə, deməli artıq belə bir “İttifaq” dövləti beyinlərdə qurulmağa başlanıb deyə əndişə keçirir insanlarımız. Və sual edirlər: “SSRİ-nin dağılmasını öz şəxsi faciəsi sayan daha kimlər var?!” Bu səbəbdən mən şəxsən rəsmi qurmlarımızın “böyük vətən” anlayışı ilə, yumşaq desəm, bir az ehtiyatla davranmalı olduğunu düşünürəm.

***

Adında “milli” sözü olan Məclis ən azından milli məsələlərdə millətin həssaslığını nəzərdə saxlamaldır. Milləti öz dövləti ilə qarşı-qarşıya gətirə biləcək addımlardan çəkinmək lazımdır. Belə qorxulu perspektivlərdən yayınmaq lazımdır. Bəli, medal təsis etməksdirsə, olsun. Ancaq bu medalın adı, məsələn, “1945-ci il – Faşizm üzərində qələbənin 75 illiyi” qoyulsaydı, kim buna etiraz edəcəkdi ki?! Demək istədiyim odur ki, bəlkə kimlərəsə irrasional reaksiya, emosional partlayış kimi görünən bu mübahisənin kökü bir az dərindədir. Ona görə siyasətçi cəmiyyəti düşündürən məsələlərlə bağlı qərar verərkən daha dərindən düşünməklə mükəlləfdir.

mersin escort
İstanbul masaj salonu İzmir masaj salonu
ankara escort bayan ankara escort bayan antalya escort bayan antalya escort bayan antalya escort bayan
mersin escort escort mersin Denizli escort Ankara escort Maraş escort Balıkesir escort Samsun escort Antalya escort Sakarya escort Van escort Tekirdağ escort Konya escort Elazığ escort