Təkrar məhdudiyyətlər tətbiq oluna bilər

Karantin rejimində təkrar məhdudiyyətlər tətbiq oluna bilər.

“Millətin Səsi.az”  xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

“Xüsusilə bayram günlərində bu məhdudiyyətlər tətbiq oluna bilər. Bununla bağlı müraciət hazırlanır. Eyni zamanda, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra testlər mütəmadi olaraq aparılacaq. 10-14 gün sonra növbəti mərhələlərlə bağlı qərarlar qəbul ediləcəkdir”, – o deyib.

R.Bayramlı bildirib ki, SMS-icazənin ləğvi əvvəlki sosial həyata dönməyimiz lazım olduğunu bildirmir:

“Vətəndaşları məsuliyyətli olmağa çağırırıq. Restoran və kafelərin fəaliyyəti ilə bağlı TƏBİB-in müvafiq medodik göstərişləri var. Bəzi kafelərdə və müəyyən xidmət müəssisələrində qəlyandan istifadə qadağası qalmaqdadır. Bu qayda pozularsa, əlavə tədbirlərin görülməsi qərarlaşdırılıb”.

Ramin Bayramlı əlavə edib ki, bu tədbirlər gündəlik həyatımızın davam etməsinə imkan verir.

Share: