BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , May 25 2020
Son xəbərlər
Ana səhifə / Sosial / Bakıda 12 metrlik avtobuslar xidmət göstərəcək

Bakıda 12 metrlik avtobuslar xidmət göstərəcək


Sabahdan 30 nömrəli marşrut xətti üzrə sərnişindaşımada ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verən 12 metrlik avtobuslar xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən “Millətin Səsi.az”-a verilən məlumata görə, Transkontrol MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin (“Neftçilər” m/st-Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Keçirilən monitorinqlər nəticəsində Transkontrol MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq, xətt üzrə sərnişindaşımaları BakıBus MMC-yə həvalə olunub.

Sabahdan şikayət daxil olan 30 nömrəli xətt üzrə hərəkət edən marşrutlar ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verən 12 metrlik avtobuslarla əvəz ediləcək.

mersin escort
mersin escort