İtkin düşən uşağın meyiti parçalanmış halda tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

Millətin Səsi.az” xəbər verir ki, nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Oğuzda itkin düşən yeniyetmənin meyiti tapılıb. 

12 yaşlı Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti parçalanmış halda meşəlik ərazidə aşkarlanıb. Onu meşənin vəhşi heyvanlarının parçaladığı ehtimal edilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.

Share: