İyunun 1-dən Azərbaycanda idman yarışlarına icazə verilir – Rəsmi

İyunun 1-dən etibarən Azərbaycanda idman yarışlarına icazə veriləcəyi gözlənilir.

Qol.az xəbər verir ki, bu haqda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.

O deyib ki, idman tədbirləri ilə bağlı məsələ müzakirə olunur: “İyunun 1-dən idman tədbirlərinin keçirilməsinə icazənin verilməsi gündəmdədir və yəqin ki, müvafiq qərar veriləcək”.

Share: