190 manat birdəfəlik ödəmə iyun ayında da veriləcək? – RƏSMİ CAVAB

Bəzi vətəndaşlara 190 manat birdəfəlik ödəmənin iyun ayında da verilməsi məsələsi müzakirə mövzusu deyil.

Milletinsesi.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, birdəfəlik ödəmə aprel və may ayları üçün nəzərdə tutulmuşdu. Bu qərar iş yerlərinin uzunmüddətli bağlanmasına görə qəbul edilmişdi: “Hazırda bütün iş yerləri fəaliyyəti göstərir. Ona görə də 190 manat ödəmənin verilməsi gündəmdə deyil. Məhdudiyyət yalnız həftə sonlarını əhatə edir, iş günlərini deyil”.

Share: