Premyer Liqada transferlərə ən çox pul xərcləyən klublar

İngiltərə Premyer Liqa klublarının son 5 ildə transferlərə xərclədikləri məbləğ açıqlanıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti” bu baxımdan hamıdan öndədir.

“Şəhərlilər” 602 milyon funt sterlinqlə birincidir. “Mançester Yunayted” (484,8), 2-ci, “Arsenal” (267,8) isə 3-cüdür.

Çempionlar Liqasının son qalibi və Premyer Liqanın hazırkı lideri “Liverpul” transferə son beş ildə cəmi 107.5 milyon pul ayırıb. “Qırmızılar” bu göstərici ilə siyahıda  14-cü pillədə qərarlaşıb.

Share: