Həkimə müraciət etməyən gənc karonavirusdan öldü

Azərbaycanda daha bir gənc koronavirusdan ölüb.

“Millətin Səsi.az” xəbər verir ki, bu barədə onun yaxın qohumları sosial şəbəkədə məlumat yayıblar.

Bakıda mebel şirkətlərinin birinin direktoru olan 1986-cı il təvəllüdlü Fərid Əliyevin koronavirus xəstəliyindən vəfat etdiyi bildirilir.

Yaxınları qeyd edib ki, əvvəldən heç bir xəstəliyi olmayan F.Əliyev koronavirusa yoluxub, lakin ilk günlərdə bunun adi qrip olduğunu zənn edib və həkimə müraciət etməyib.

Evdə özünü müalicə etməyə çalışan F.Əliyev nəfəs çatışmazlığından vəfat edib.

Qohumları qeyd ediblər ki, F.Əliyevdə son günlər yüksək temperatur, öskürək və boğulmalar olub.

Müsavat

Share: