İranda koronavirusdan hər gün 100-dən çox insan həyatını itirir

Artıq ikinci gündür ki, İranda koronavirusdan 100 nəfərdən çox insan həyatını itirir.

İranın Səhiyyə Nazirliyi xəbər yayıb ki, iyunun 15-də 2449 nəfər koronavirusa yoluxub, 113 nəfər isə ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 189 min 786-ya, ölənlərin sayı isə 8950-yə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 150 min 590 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 4 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.

Yoluxma və ölüm hallarının artması ilə əlaqədar dövlət televiziyasında çıxış edən Prezident Həsən Ruhani karantin rejiminin yenidən bərpa ediləcəyi ehtimalını irəli sürüb.

Share: