DİN 5 nəfərin öldüyü yol qəzası ilə bağlı MƏLUMAT YAYDI

DİN 5 nəfərin öldüyü yol qəzası ilə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, mayın 10-da saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini İlham Həsənovun idarə etdiyi “İveco” markalı yük və Şabran rayon sakini İlham Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşduqdan sonra aşıblar.

Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri, həmyerliləri Saleh Musayev, Məhəbbət Musayeva, Amil Məmmədov və Vidadi Nuriyev hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Share: