Koronavirusdan ölənlərin sayı 450 mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 142 mindən çox artıb.

“TASS” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 19-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 142 451 nəfər koronavirusa yoluxub, 5 151 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 8 385 440 ölənlərin isə 450 686 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Share: