İrana bunu etməyə imkan verməyəcəyik – Pompeo

BMT-nin İrana qarşı silah embarqosunun vaxtı bitsə belə ABŞ Tehrana Rusiya və Çindən yeni qırıcılar almasına izn verməyəcək.

Milletinsesi.az  xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Əgər BMT-nin İrana münasibətdə silah embarqosu oktyabrda bitsə, Rusiyanın Su-30, Çinin J-10 kimi yeni qırıcılarını ala bilər. İranda bu təyyarələr olsa, Avropa və Asiya onların hədəfi altında ola bilər. ABŞ buna heç vaxt imkan verməyəcək”, – deyə o bildirib.

Share: