BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , İyul 5 2020
Son xəbərlər
Ana səhifə / Ölkə içi / Enerji təhlükəsizliyi təmin olmazsa, sənayenin inkişafından söhbət gedə bilməz – Deputat

Enerji təhlükəsizliyi təmin olmazsa, sənayenin inkişafından söhbət gedə bilməz – Deputat


“Azərbaycanın enerji sektoru böyük inkişaf yolu keçib. Bu enerji sektorunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizdə ilk dəfə tikilən Mingəçevir Su Elektrik stansiyası Azərbaycanın enerji təminatında böyük rol oynamışdır. Bu stansiya uzun müddət xalqımıza xidmət edib. Əgər bu stansiya o vaxt tikilməsəydi, müstəqillik dövründə Azərbaycan ciddi problemlərlə üzləşə bilərdi”.

Bunu Publika.az-a danışan millət vəkili Azər Badamov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu stansiyada yenidənqurma işləri aparılıb və stansiyaya ölkə başçısının sayəsində yeni həyat verilib: “Bu gün “Azərbaycan” İstilik Elektrik Stansiyasının bütün enerji blokları istifadəyə verilərək Azərbaycanın enerji potensialını artırmaqdadır. Son 16 il ərzində yalnız Heydər Əliyevin uzaqgörənliyi və vaxtında atılmış addımların səmərəliliyi nəticəsində Azərbaycan ayaqda dura bilmişdir. Ümumiyyətlə, son 16 il ərzində Azərbaycanda 30-dan çox elektrik stansiyası tikilib. Ölkəmiz bu qısa dövr ərzində enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilib. 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün onu 3 ölkəyə ixrac edir. Azərbaycan bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacaq. Ölkədə elektrik xətləri yenilənir, generasiya gücləri yaradılır, şəbəkə qurulub, yarımstansiyalar tikilir, bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər var.

Bu gün Azərbaycan iqtisadiyyatı şaxələnir. Bu şaxələnmiş iqtisadiyyatın bir sahəsi olaraq enerji sektoru da Azərbaycanın gəlirlərinin artmasına xidmət edir. Təbii ki, bunu düzgün və düşünülmüş siyasətin göstəricisi hesab edirəm. Əgər enerji təhlükəsizliyi və enerji təminatı yerində olmazsa, sənayenin inkişafından danışmaq olmaz. Sənayenin əsasını təşkil edən bu sektorun inkişafı ümumi Azərbaycanın qeyri-neft sektorunun inkişafı deməkdir”.

Akqabay Mıradov

mersin escort
İstanbul masaj salonu İzmir masaj salonu
mersin escort escort mersin Denizli escort Ankara escort Maraş escort Balıkesir escort Samsun escort Antalya escort Sakarya escort Van escort Tekirdağ escort Konya escort Elazığ escort