Bu gün Vilayət Eyvazovun doğum günüdür

Bu gün Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun doğum günüdür.

“Millətin Səsi.az” xəbər  verir ki, V.Eyvazovun 52 yaşı tamam olur.

Vilayət Süleyman oğlu Eyvazov 1968-ci il 28 iyunda Naxçıvanın Əbrəqunis kəndində anadan olub. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi, Daxili İşlər nazirinin birinci müavini vəzifələrində işləyib.

Vilayət Eyvazov 20 iyun 2019-cu ildən Azərbaycan Respublikasının Daxili İşlər naziridir.

2004-cü ildə general-mayor, 2006-cı ildə general-leytenant, 2019-cu ildə general-polkovnik ali hərbi rütbəsi alıb.

2002-ci ildə “Azərbaycan Bayrağı”, 2014-cü ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

Share: