BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , İyul 5 2020
Son xəbərlər
Ana səhifə / Seçilmiş yazılar / KORONAVİRUS-Səhiyyə və BİZ… QISA və KONKRET!

KORONAVİRUS-Səhiyyə və BİZ… QISA və KONKRET!


Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, Respublika Ziyalılar Klubunun İH-nin üzvü, VI çağırış Milli Məclisə deputatlığa namizəd olmuş, Qarabağ Qazisi Vüqar Dadaşov karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərlə bağlı maraqlı çıxış edib. “Millətinsesi.az” həmin çıxışı oxuculara təqdim edir.

“Gündəmi zəbt etmiş əksər tanınmış şəxslərin, siyasətçilərin, həkimlərin əsas tövsiyyələrlə – yəni, qoruyucu maskalardan istifadə, sosial məsafə, özünütəcrid və gigiyenik qaydalara əməl edilməsinə dair çağırışlarına əhalinin laqeyd münasibətini aradan qaldırmaq üçün, tətbiq edilən inzibati üsullar lazımı effekti verə bilməz. Sözsüz ki, bu kimi tələblərə əməl olunmalıdır. Ancaq, məsələni inzibati yolla həll etmək mümkün deyil, məsələnin kökündə Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyətsizliyinin nəticəsi kimi mövcud “inamsızlıq” yaranıb və durur.

Fikrimcə ilk növbədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə TƏBİB arasında liderlik uğrunda mübarizəyə və ikitirəliyə son verilməlidi və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Səhiyyə Nazirliyi ölkə üzərində birbaşa əhalinin sağlamlığına cavabdeh icraedici hakimiyyət orqanı kimi yaranmış vəziyyətə məsuliyyətlidir. Başqa təşkilatlar kimi TƏBİB-də Səhiyyə Nazirliyinin tabeliyində və nəzarətində fəaliyyət göstərməlidir. Əsil həqiqətdə də TƏBİB-ə əhalinin sağlamlığının təhlükəli bir dövründə və ümumiyyətlə belə bir məsuliyyətli funksiyanı həvalə etmək yanlışlıqdır. Əhalinin çağırışlara inamsızlığının əsas səbəbini məhz bunda görürəm.

İkinci bir məqam da odur ki, özünütədric və sosial məsafə məsələsinin uğursuz tətbiqinin əsas səbəbləri, əhalinin daimi gəlir yerinin, daha doğrusu, işsiz şəxslərin saylarının çox olması müqabilində əhalinin dolanışığının təmin edilməməsidir. Kim istəməz ki, evdə otursun, ailəsi ilə xoş günlər keçirsin-sözsüz ki, əgər müəyyən dərəcədə karantin rejiminə uyğun olaraq ailələrin minimum səviyyədə dolanışığı təmin edilərsə. Etiraf edək ki, bu karantin dövründə əhalinin gəliri nəzərəçarpacaq dərəcədə azaldığından işsizlərin küçələrə axını ancaq çörək üçün qazanc dalınca çıxanlardı. Odur ki, həqiqətən əgər bu COVİD-19-la effektli mübarizə aparmaq istəyiriksə heç olmasa aztəminatlı ailələrin və rəsmi gəlirləri ehtiyac meyarından aşağı olanların minimum dolanışığı təmin edilməlidir ki, əhalinin karantin rejimini pozmağa əsası və o cümlədən bəhanəsi olmasın.

Üçüncü bir məqam. Dəfələrlə bu haqda deyilsə də, yazılsa da, tibbi qoruyucu maska və digər gigiyenik vasitələrinin bahalığıdır. Pandemiya dövrünə qədər ölkəmizdə qoruyucu maskaların qiyməti 8-10 qəpik arasında idi və demək olar ki, bu vasitə ilə təchizat xarici ölkələrin hesabına təmin edilirdi. Cənab Prezidentimiz İlham Əliyevin birbaşa tapşırığı ilə Sumqayıt şəhərində tibbi qoruyucu maskaların istehsalına başlanılıb. Ancaq ki, işbazlar ən ucuz maskanı 30 qəpikdən aşağı satmırlar.

Qısa və konkret olaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığına faktiki məsuliyyətli icraedici orqan olaraq fəaliyyət göstərməli, Qərargahdan işbazlar, səriştəsizlər uzaqlaşdırılmalıdır, əhalinin karantin rejiminə riayət etməyi üçün onların minimum maddi və ərzaq təminatı aparılmalı, gigiyenik vasitələrlə təmin edilməlidir. Bu halda istənilən nəticəni əldə etmək mümkündür”(SNN NEWS-Haber.)

mersin escort
İstanbul masaj salonu İzmir masaj salonu
mersin escort escort mersin Denizli escort Ankara escort Maraş escort Balıkesir escort Samsun escort Antalya escort Sakarya escort Van escort Tekirdağ escort Konya escort Elazığ escort