BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Avqust 15 2020
Son xəbərlər
Ana səhifə / Köşə yazarları / MƏN BABAMA GÜVƏNİRƏM – DÖVLƏT BABAMA

MƏN BABAMA GÜVƏNİRƏM – DÖVLƏT BABAMA


İGİD TEYMURLU

 

“ƏUZİBİLLAH”LA OXUNAN “BİR AŞQIN HEKAYƏSİ”

Bircə kəfənə möhtac Azərbaycan vətəndaşılarının timsalında həpimiz o dünyada kamerton sədaları altında xor kapellası təşkil edib Bərzəx aləmində “bir aşqın hekayəsi”ni oxuyacağıq. Hələliksə nicatımız ÜMİDLƏ yaşamağımızda, vətəndaş həmrəyliyinə nail olmağımızdadır. Vətəndaş həmrəyliyinə nail olub ümidlə yaşayaq və ümidimizə sığınaq! O GÜN gələcək. GƏLƏCƏK, MÜTLƏQ GƏLƏCƏK. Çünki “ümid olmayanda yenə Ümid var”. Bu gün arzuladığımız, sabah gələcək O GÜNdə hər kəs fəxrlə  “MƏN BABAMA GÜVƏNİRƏM – DÖVLƏT BABAMA!” deyəcək. Və onda da “eyvallah” deyib, “əuzibillah” söyləyəcəyik…

Dayandığı siyasi cəbhədən və müdafiə etdiyi ideologiyadan asılı olmayaraq hər birimiz o dünyada Haqqın divanına çəkiləcəyik. Və hərə öz əməlincə qiymətini alacaq…

Hər şey dövlətçiliyimiz naminə köklənibsə, onda dövlətçiliyimizə münasibətdə yanlış təmayüllərin, fərdlərin ortaya atdıqları çürük ideoloji toxumların səpilməsinə yol verilməməlidir. Həmin çürük ideoloji toxumları səpənlərsə öz içimizdə olanlardır.

Dərd orasındadır ki, belə çürük toxum səpənlər də o dünyada da “BİR AŞKIN HEKAYƏSİ”ni oxuyanlar içərisində olacaq, bizlər də. Elə ona görə də öz haqqımı sovunmaq üçün qələmə alınan bu yazını “əuzibillah”la başlayıram…

ƏUZİBİLLAH…

Bizdən olmayanları yaxşıca tanıyın ki, qoy nəvələriniz də onların nəvələrini yaxşıca tanısınlar!!! “ERMƏNİ XALQI BİZİM DÜŞMƏNİMİZ DEYİL” deyən dəstənin üzvləri yavaş-yavaş dingildəşdikləri kol dibindən çıxırlar. Mənim Dövlət Babam tam zamanında belə dingildəşənləri zərərsizləşdirsəydi, indiki ərazilərimiz də şah Babamızın dönəmindəki ərazidən düz 34 dəfə kiçilməzdi!..

Mənim üçün maraqlı olan siyasi düşərgənin hansı cəbhəsində təmsil olunmasından asılı olmayaraq hər kəsin Azərbaycanın dövlətçilik maraqlarına xidmət etməsi dayanır.

Rəhmətlik Elçibəyin silahdaşlarıyla min bir zillətlə qurub yaratdığı təşkilatı xarabazara çevirib oralarda YURD salanların çoxu hakimiyyətə doğru uzanan yolda bütün mənəvi prinsipləri tapdaladılar. O Yurdda hakimi mütləq olanlar gedənləri “satqın” adlandırdılar. Onların açıqlamalarını sıralama ilə düzsək, onda rəhmətlik Elçibəy komandasının başdan-başa “satqınlar”dan ibarət olduğunu görərik..ƏUZİBİLLAH..

Bu gün “QNT sektoru casus şəbəkəsidir”sə, bu şəbəkənin aparıcı qollarının tam əksəriyyəti elə həmin Yurdun həndəvərindədir.Hakimiyyətə qarşı deyil, dövlətə qarşı müxalifətçilik edən “casus şəbəkəsi”nin buyruq qullarısa kimliyindən asılı olmayaraq elə Paşinyanların yandaşlarıdır – erməni padruqasıyla yambız oynadan yurnalistlərdən tutmuş ta tabut içində iylənən siyasi meyidlərə qədər…ƏUZİBİLLAH…

Mən hər zaman Azərbaycan dövləti və Azərbaycan dövlətçiliyi, onun qorunub saxlanılmasından yana olmuşam. Və mən hansısa beynəlxalq təşkilatın Azərbaycanın, onun ictimai-siyasi fiqurlarının haqqındakı qərəzli hesabatlarını özünün yazısı formatında cəmiyyətə təqdim edən yurnalistlərdən və onlardan matah qayıran, Lalə Şövkətin təbirincə desək, “xarici xəfiyyənin buyruq quluna çevrilən” siyasətbazlardan fərqli olaraq 90-cı illərin məşhur deyimlərindən olan “öz millətimin partokratını başqa millətin demokratından yüz dəfə artıq sanıram”…ƏUZİBİLLAH.

Vətəndaş olaraq haqqım tapdalandı, veteran olaraq haqqım tapdalandı, gözümün qarşısında sevdiklərimin halla haqqı tapdalandı, jurnalist olaraq haqqım tapdalandı. Çünki mən DÖVLƏT BABAMDAN BAŞQA HEÇ KİMƏ GÜVƏNMİRƏM. Hakimiyyətlərsə ötəridir. Elə ol səbəbdən də heç zaman hikkəmi dövlətin üzərinə yönəltməmişəm və yönəltmərəm də…

BİLİRSİNİZ NİYƏ?

ÇÜNKİ Dövlət mənim Babamdır – baxmayaraq ki, Baba olaraq mənim dövlətim öz cavabdehlik və məsuliyyət hissini tam şəkildə yerinə yetirmir. Və elə ol səbəbdən də, SABAHIMIZIN ÜMİDİ özü ümidsiz halda “mənim babam yoxdur” deyir.

Əgər bu gün İqbal Ağazadə çəkisində və İqbal Ağazsdə kateqoriyasında olan siyasətçilər “mənim babam yoxdur” deyirsə, demək ki, yanlışlar yapılıb və yanlışlar da yapılmaqda…

Qaldı ki, dövlət və dövlətçilik dediyiniz və dediyim nəsnələr ətrafında siyasi şou düzənləmələrinə,  əfəndilər, bizlər onların büt olmazdan əvvəl kötüklüklərini öz gözlərimizlə görmüşük. İndi neyniyək, kötüyəmi sitayiş edək!? ƏUZİBİLLAH…

Kimin necə qəbul etməsi heç mənim vecimə də deyil. Həqiqət var: Molla Dilavər Kişinin oğlu Şahin Ağayev (çoxunuzun Mir Şahin kimi çağırdınız) son dövr Azərbaycan publisistikasının Bir İncisidir və bəlkə də bir az yaşlı nəsil istisna olmaqla BİRİNCİSİdir. Adamın xəstələnməsini eşidib də, buna sevincək şıllaq atanlar, bir zamanlar rəhmətlik Elçibəyin Rüstəmxanlının ünvanına yanlış ifadələr işlətdiyinə görə jurnalistə “sən əxlaqını yedinmi?” iradı həm də sizə yönəlidir. Mir Şahin qədər demirəm, potensialları Onun publisistik səviyyəsinin yüzdə biri qədərində olmayanların ağızları köpüklənə-köpüklənə danışanda elə bil adamən yeddi arxa dönənini söyürlər. ƏUZİBİLLAH..

Dünən qəhrəman qayırdığınız Rauf Arifoğlu, Avropanın isti bucaqlarında qırışlarını açaraq ZAHİDLİK edən QƏNİMƏT sandıqlarınız hədəf kimi göstərdiklərindən və onları hədəf edənlərdən aldığı medalların ağırlığı altında bu gün sərməstdirlər…ƏUZİBİLLAH

Dünən “Xocalı soyqırımı olmayıb” deyən qurumsaq Andreas Qrossu “demokratiyanın dostu”, “Kişi Adam” yarlığıyla cəmiyyətə sırıyıb “hakimiyyəti söyənlər”iniz bu gün saray divarlarının gölgəsində özlərini günə verirlər…ƏUZİBİLLAH…

Sonradan yaradılan ƏL  İÇİ MÜXALİFƏTin İctimai Şuralarının üzvləri bu gün də hansısa maraq daxilində hakimiyyətdə olmayanlar və olanlar haqqında ağıllarının deyil, ağızlarının diliylə danışırlar. Və sabah da başqa formatdan danışacaqları şəksizdir….ƏUZİBİLLAH…

LÜTFƏN, SAKININ, “yanlış yapırsan” deməyin. Sadəcə olaraq ötən zaman kəsiyində yaradılan saysız-hesabsız “siyasi birliklər” və onların aqibəti, həmçinin bu prosesdə o syasi fiqurların səsləndirdikləri fikirlərin yumşaq dillə desək, yanlışlıqlarını saf-çürük edin. O adamlar dünən dedikləri fikrin altından bu gün imza ata bilərlərmi? Rauf Arifoğlu kimi belələri hansı üzlə özünü İqbal Ağazadəyə tay tutub, bütün mənəvi prinsipləri tapdalayaraq Ümid Partiyasının sədrinə, bir Qarabağ Qazisinə çəpər olmaq istəyir….ƏUZİBİLLAH…

Yox, yox və yenə də yox…

Cənnət bucaqlarda bəslənilən ilanlar istədikləri an yetişəndə dövləti də güdaza verərlər.

Dövlət babamıza inamın ölməsində fitnə toxumları səpənlərin rolu azmı olub!?

Siz əgər belələrilə birgə mövqedən çıxış etməyi “dövlət və dövlətçiliyin” əsası sayırsınızsa, onda mənim məramımımı tuta bilmədiyinizdən həm də qürur duyuram. Kİ, mən qəlsəmələr arasında gizlənən o infuzorlardan uzağam…

ƏUZİBİLLAH…

Məncə qızıl teştə qan qusmaq hərisliyindən uzaq olmaq arzusuyla burada “bir aşqın hekayəsi” bitdi. ÜMİDİNİZə sığının, o gün gələcək, mütləq gələcək: fəxrlə  “MƏN BABAMA GÜVƏNİRƏM – DÖVLƏT BABAMA!” deyəcəyimiz gün…

mersin escort
İstanbul masaj salonu İzmir masaj salonu
ankara escort bayan ankara escort bayan antalya escort bayan antalya escort bayan antalya escort bayan
mersin escort escort mersin Denizli escort Ankara escort Maraş escort Balıkesir escort Samsun escort Antalya escort Sakarya escort Van escort Tekirdağ escort Konya escort Elazığ escort