Anri 8 dəqiqə 46 saniyə diz çökdü

“Monreal İmpakt”ın baş məşqçisi Tyerri Anri ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən qətlə yetirilən Corc Floydun ölümünə biganə qalmayıb.

Qol.az xəbər verir ki, fransalı mütəxəssis MLS Liqasında “Nyu England”la oyunun (0:1) start fitindən dərhal sonra dizi üstə çöküb və 8 dəqiqə 46 saniyə bu vəziyyətdə dayanaraq Floydun xatirəsini yad edib.

Qeyd edək ki, mayın 25-də ABŞ polisləri Corc Floydu 8 dəqiqə 46 saniyə boğub. Daha sonra o, xəstəxanada ölüb. Anri də məhz buna görə irqçiliyə etiraz olaraq qeyd edilən müddətdə dizi üstə çöküb.

ABŞ-da Corc Floydun ölümündən sonra əksər ştatlarda etiraz aksiyaları keçirilir. İdman ictimaiyyətindən də etiraz nümayiş etdirənlər çoxdur.

Share: