Bu futbolçu daha bir il “Neftçi”də oynayacaq

“Neftçi”  futbolçusu Namik Ələskərovla müqavilənin müddətini uzadıb.

Millətin Səsi.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə qarşıdan gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

Qeyd edək ki, N.Ələskərov “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 94 oyunda meydana çıxıb, 13 qola imza atıb.

Share: