Milli Məclisə qanunsuz daxil olan şəxslərlə bağlı – Qərar

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan ordusuna dəstək aksiyasından sonra Milli Məclisə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin həbs olunan daha bir neçə üzvünün apelyasiya şikayətinə baxılıb.

Milletinsesi.az  xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda Telman Seyfullayevin apelyasiya şikayətinin dəlilləri araşdırlıb.

Onun həbsdən azad olunması ilə bağlı verdiyi şikayət təmin olunmayıb.

Hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Məhəbbət Nağıyevin həbsdən azad olunması ilə bağlı verdiyi şikayət rədd olunub.

Hakim Ramin Qurbanovun sədrliyi ilə baş tutan iclasda isə Ceyhun Novruzovun və İlkin Əliyevin şikayətinə baxılıb.

Share: