BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Avqust 7 2020
Son xəbərlər
Ana səhifə / Digər / İdman / “Qarabağ”ın bütün potensial rəqibləri bilindi – Çempionlar Liqası

“Qarabağ”ın bütün potensial rəqibləri bilindi – Çempionlar Liqası


Ardıcıl 7-ci dəfə ölkəmizi  Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

Qol.az xəbər verir ki, aktivində 21 min xalı olan Qurban Qurbanovun komandası səpələnmişlər səbətində olacaq ki, bu da nisbətən zəif rəqiblərin düşəcəyi deməkdir.

1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində  “Qarabağ”la yanaşı, Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Legiya” (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omoniya” (Kipr), Rumıniya çempionu, “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tbilisi, Gürcüstan) olacaq.

Səpələnməmişlər səbətində isə “Qarabağ”ın potensial rəqibləri – “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “Ararat” (Ermənistan), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta), “Çelye” (Sloveniya) yer alıb.

Beləliklə, “Qarabağ”ın ölkə çempionu olan 15 potensial rəqibinin hamısı bəllidir. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir. Bu oyunlar 8-11 avqustda keçiriləcək. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü isə avqustun 9-da atılacaq.

mersin escort
İstanbul masaj salonu İzmir masaj salonu
ankara escort bayan ankara escort bayan antalya escort bayan antalya escort bayan antalya escort bayan
mersin escort escort mersin Denizli escort Ankara escort Maraş escort Balıkesir escort Samsun escort Antalya escort Sakarya escort Van escort Tekirdağ escort Konya escort Elazığ escort