Türk qırıcıları bombaladı: 6 PKK-çı məhv edildi

Türk qırıcıları bombaladı: 6 PKK-çı məhv edildi

Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında birgə əməliyyat keçirib.

Milletinsesi.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə ordusu və MİT-in koordinasiyalı şəkildə apardığı əməliyyat çərçivəsində İraqın şimalındakı Qara bölgəsində 6 PKK terrorçusu havadan endirilən zərbələr nəticəsində məhv edilib”, – məlumatda bildirilib.

Share: