Yunanlarar Türkiyəyə səfər edəcək

Yaxın müddətdə Yunanıstan nümayəndə heyəti Türkiyəyə səfər edəcək.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Ankaradakı kritik iclasda 1923-cü ildə imzalanan Lozanna müqaviləsi müzakirə ediləcək.

Bildirilir ki, Lozanna və 1947-ci ildə imzalanan Paris müqaviləsi şərtlərini pozaraq adaları silahlandıran Yunanıstana hər iki anlaşmanın şərtləri bir daha göstəriləcək. Afinanın bu günə kimi 23 adadan 16-na əsgər və silah yığdığı sənədlərə sübut ediləcək.

Bundan başqa, iki ölkə arasında Egey dənizində problemə səbəb olan kontinental şelf məsələsi də müzakirə ediləcək. Bölgədə yerləşən çoxlu sayda kiçik adalar, qayalıqlar da Afina və Ankara arasında mübahisələrə səbəb olur.

Share: