Ronaldo PSJ-yə transfer olunmaq istəyib – “France Football”

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo ötən payız PSJ-yə transfer olunmaq variantını nəzərdən keçirib.

Qol.az “France Football”a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının qrup mərhələsində “Lokomotiv”ə qarşı matçda (2:1) Turin təmsilçisinin oyunundan narazı olub. Bundan sonra o, Paris təmsilçisinə keçmək barədə düşünüb. Nəşr yazıb ki, 35 yaşlı futbolçu bununla bağlı “Yuventus” rəhbərliyi ilə görüşüb və öz fikri barədə danışıb.

Bildirilib ki, Ronaldo koronavirus pandemiyasına görə PSJ-də oynamaq variantından imtina edib.

Qeyd edək ki, Ronaldo “Yuventus”la İtaliya A seriyasında 2019/2020 mövsümünün qalibi olub.

Share: