Korona qışda məhv olacaq, yoxsa?.. – İnfeksionist

Gələcəkdə koronavirusun mutasiya edərək zəifləməsini və yaxud davamlı ştamla əmələ gəlməsini indidən demək çox çətindir.

Bunu Axar.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, koronavirus qış aylarında davam edəcəyi təqdirdə özünü çox ağır şəkildə göstərəcək:

“Bəşəriyyət tarixində 20-dən artıq pandemiya müşahidə edilib. Onların da hər biri müəyyən müddət davam edib. Sonuncu pandemiya ötən əsrin 18-20-ci illərində olub və 2 il davam edib, milyondan artıq insanın ölümünə səbəb olub. İndi koronavirusun ölkədə nə qədər davam edəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Əgər bu infeksiya qış aylarında da müşahidə ediləcəksə, bu, özünü çox ağır şəkildə göstərəcək. Çünki qış aylarında digər kəskin respirator virus infeksiyaları meydana gələcək və koronavirusun bu infeksiyalarla birlikdə qeydə alınması daha ağır nəticələrə səbəb olacaq. Bu səbəbdən əhali də karantin davranış qaydalarına mütləq şəkildə riayət etməlidir. İnsanların kütləvi toplaşdığı yerlərə gedilməməlidir”.

Qeyd edək ki, bəzi ekspertlər koronavirusun dekabra qədər yox ola biləcəyi ehtimalını irəli sürüblər.

Share: