İranın yeni səfiri Bakıya avqustun 21-də gələcək

İran İslam Respublikasının Azərbaycana yeni təyin edilən səfiri Seyid Abbas Musəvinin Bakıya nə vaxt gələcəyi məlum olub.

“Report” xəbər verir ki, diplomat Bakıya avqustun 21-də gələcək.

Qeyd edək ki, S.A.Musəvi bundan əvvəl 2019-cu ilin aprel ayından Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.

Share: