Qanunsuz telefon gətirən şəxs tutuldu

Qanunsuz telefon gətirən şəxs tutuldu

Ölkəyə qanunsuz yolla mobil telefonların gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Milletinsesi.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Nissan Maxima” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsininə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin ön oturacaqlarının altında – xüsusi düzəldilən gizli saxlanc yerində 20 ədəd “Xiaomi Mi 9 SE” markalı mobil telefon, arxa buferin içində isə 5 ədəd mobil telefon qutusu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Share: