Tovuzda tarixi abidənin ərazisində restoranın tikilməsinin qarşısı alınıb

ovuz rayonu Vahidli kəndində yerləşən “Qala düzü” abidəsinə müdaxilənin qarşısı alınıb.

Bu barədə Milletinsesi.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Qala düzü” abidəsinin yerləşdiyi ərazidə restoran tikilməsi məqsədilə qazıntı işlərinin aparılması barədə Dövlət Xidmətinə məlumat daxil olub. Əraziyə baxış keçirilərkən arxeoloji abidənin yerləşdiyi ərazidə iri texnika vasitəsilə hamarlanma işlərinin aparılması faktı aşkar olunub.

Hazırda aparılan işlər dayandırılıb, məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət olunub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə “Qala düzü” abidəsi yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına götürülüb.

Share: