BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , May 25 2019

Gündüz İsmayılov 3 qızılla qayıtdı


Gündüz İsmayılov 3 qızılla qayıtdı

İştirak etdiyi yarışlardan hər dəfə qalib olaraq vətənə qayıdan məşhur paralimpiyaçımız Gündüz İsmayılov Sankt-Peterburqda növbəti dəfə qalib olub.

Milletinsesi.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa çempionatında sağlam idmançılarla yarışan yeganə paralimpiyaçımız üç dəfə fəxri kürsüyə yüksəlib.

Hər dəfə bayrağımızı yüksəltməyi bacaran G.İsmayılov bununla 4-cü dəfə fiziki məhdudiyyətli olmasına baxmayaraq, sağlam idmançılarla yarışda iştirak edib və yeni rekorda imza atmağı bacarıb. Nəticədə G.İsmayılov mütləq çempion adını qazanaraq ölkəyə qələbə ilə dönüb.

Qalibiyyəti ilə bağlı idmançımız G.İsmayılov bu yarışlarda iştirak etməsində ona dəstək olan Gənclər və İdman naziri Azad Rəhimova, Gömrük İdman Klubunun rəhbərliyinə və köməkliyini əsirgəməyən idmançı dostlarına təşəkkürünü bildirib.