İlham Əliyev tacikistanlı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmana təbrik məktubu ünvanlayıb.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Hörmətli İmaməli Şərifoviç,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Biz dost Tacikistanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlarına və beynəlxalq arenada nüfuzunun artmasına sevinirik.

Ölkələrimizi ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının dost Tacikistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Hörmətli İmaməli Şərifoviç, belə bir xoş gündə Sizə ən xoş arzularımı yetirir, Tacikistan Respublikasına əmin-amanlıq və rifah diləyirəm”.

 

Share: