Binəqədi rayonunda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milletinsesi.az-a bildirilib ki, paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: