ABŞ-da zəlzələ baş verdi

ABŞ-da Los-Anceles şəhərinin yaxınlığında zəlzələ baş verib.

Milletinsesi.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata əsasən, 4,6 maqnituda səviyyəsində olan zəlzələ Bakı vaxtı ilə saat 10:38-də qeydə alınıb. Zəlzələnin episentri Los-Anceles şəhərindən 15,4 kilometr şərqdə, mənbəsi isə 17,6 kilometr dərinliyində yerləşir.

Yaralanan və ölənlər barədə məlumat yoxdur.

 

Share: