Paşinyanın arvadı erməni qadınlarını hərbi təlimə toplayır

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, “Qadınlar sülh uğrunda” təşəbbüsün müəllifi Anna Akopyan növbəti dəfə qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istəyir.

Milletinsesi.az  xeber verir, bu barədə A.Akopyann rəsmi saytında bildirilir.

Qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyinin köməyi ilə keçirləcək təlimlərdə kazarma şəraitində hərbi hazırlıq proqramı yerinə yetiriləcək. Təlimlərdə iştirak etmək üçün 18-27 yaşlı qadınlar A.Akopyanın saytına müraciət edə biləcəklər.

Təlim detallarının gizli saxlanılması üçün təlim müddətində görüşlər və ezamiyyətlər, eləcə də foto və videoçəkilişlər qadağan olunacaq. Təlimlərdən sonra iştirakçılar imtahan verərək xidmətlərini davam etdirəcəklər.

Təlimlərdə Anna Akopyan özü də iştirak edəcək.

Ermənistanda “Müdafiə haqqında” qanuna əlavələr hətta səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırılmağa imkan verir.

Ermənistan hökuməti Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçular hesabına ordudakı çatışmazlıqları həll etməyə çalışmaqla yanaşı, digər bütün mümkün imkanlardan da istifadə edir.

Share: